...

BMT-nin xüsusi məruzəçisi Bakıda görüşlər keçirir

Cəmiyyət Materials 25 Aprel 2007 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bakıda səfərdə olan BMT-nin fikir və ifadə azadlığı hüququnun qorunması və təşviqi üzrə xüsusi məruzəçisi Ambeyi Liqabo Azərbaycanın dövlət orqanları, ictimai, siyasi, media qurumlarının nümayəndələri ilə görüşlər keçirir. Liqabo çərşənbə günü Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayevlə görüşüb. Bu barədə Ali Məhkəmədən məlumat verilib.

Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanda hər kəsin fikrini azad şəkildə ifadə etməsi üçün lazımi ictimai, siyasi mühitin olduğunu deyib. Rzayev Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları zamanı insan və vətəndaş hüquqlarının, azadlıqlarının qorunması ilə bağlı Avropa Konvensiyasının müddəalarının nəzərə alındığını diqqətə çatdırıb.

BMT nümayəndəsi isə Azərbaycanda söz, mətbuat və ifadə azadlığının qorunmasının əhəmiyyət daşıdığını, bu sahədə əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti