...

İctimai Televiziyanın "Azadlıq" qəzetinin redaktoruna qarşı iddiası üzrə proses keçirilib

Cəmiyyət Materials 26 Aprel 2007 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / İctimai Televiziyanın "Azadlıq" qəzetinin redaktoru Rövşən Hacıyevə qarşı işgüzar nüfuzun ləkələnməsi barədə iddia ərizəsi üzrə bu gün Binəqədi rayon məhkəməsində hakim Əhməd Sarıyevin sədrliyi ilə proses keçirilib. Hacıyevin məhkəmədəki nümayəndəsi Nurlana Əliyeva cümə axşamı Trend ə bildirib ki, iddiaçı hesab edir ki, yazıda bəzi fikirlər dırnaq içərisində verilib. Bu fikirlər isə İTV-nin işgüzar nüfuzunu ləkələyir. Tərəflər arasında bununla bağlı mübahisə yarandığından məhkəməyə mütəxəssisin dəvət olunması barədə qərar qəbul olunub. Bu səbəbdən də proses mayın 7-ə təxirə salınıb.

İddiaçı Hacıyevin tərtibçisi və redaktoru olduğu "İTV mətbuat aynasında" kitabının məhv edilməsi, yenidən yayımının qadağan olunması və cavabdehin İTV-nin kollektivindən üzr istəməsini tələb edib.

Xəbər lenti

Xəbər lenti