Azərbaycan, Bakı, 27 aprel /müx. " R.Şirəliyeva/
30 apreldə Kitab Klubunda Çingiz Abdullayevin Azərbaycan dilinə tərcümə edilmiş növbəti bestsellerinin təqdimat mərasimi olacaq. "TrendLife"ın verdiyi məlumata görə, bu dəfə müəllifin "Qatil üçün Qran-Pri" adlı əsəri azərbaycandilli kitabsevərlər üçün təqdim ediləcək. Tədbirdə yazıçı Abdullayev və kitabın tərcüməçisi Elşən Abdullayev də iştirak edəcək. Qeyd edək ki, kitab 300 tirajla çıxıb və artıq şəhərin mağazalarına satışa verilib. "Qatil üçün Qran-Pri" kitabı Dronqonun sərgüzəştlərindən bəhs edir. Süjet xəttinə görə dünya üzrə tanınmış terrorçu öz yaxın həmkarlarının dəstəyini itirir və qərara alır ki, irimiqyaslı terakt hazırlasın. Bu qanlı aksiyanın harda olacağını heç kim bilmir. Görəndə ki, artıq hər şey bitib, oyuna kimsədən asıllığı olmayan ekspert, superanalitik Dronqo daxil olur. Qeyd edək ki, Abdullayev yaradıcılığı dünyanın 20 dilinə tərcümə olunub. Müəllifin bu günə kimi isə ondan çox əsəri Azərbaycan dilinə tərcümə olunub.