...

"Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidentinin həbsdə saxlanması ilə bağlı məhkəməyə şikayət verilib

Cəmiyyət Materials 30 Aprel 2007 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ "Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyevin həbsdə saxlanmasına dair Nəsimi rayon Məhkəməsinə şikayət verilib. Bu barədə bazar ertəsi Əliyevin vəkili Fuad Ağayev məlumat verib. Onun sözlərinə görə, Əliyevin həbsdə saxlanma müddəti aprelin 18-də başa çatıb. Ağayev bildirib ki, Əliyevin həbsdə saxlanması Azərbaycan Konstitusiyasına, Cinayət Prosessual qanunvericiliyə və Avropa İnsan Haqları Konvensiyasına ziddir.

Vəkil qeyd edib ki, hazırda Əliyev və onun müdafiəçiləri iş materialları ilə tanış olmaqdadır. Lakin indiyə qədər materialların surətlərinin alınması ilə bağlı hüquqlar təmin edilməyib.

Əliyevin məhkəməsi mayın 15-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçiriləcək. Ona qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 188-ci (torpaq üzərində mülkiyyət hüququnu pozma), 192-ci (qanunsuz sahibkarlıq), 206-cı (qaçaqmalçılıq), 213-cü (vergi ödəməkdən yayınma), 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti