...

Azərbaycan musiqiçilərindən ibarət qrup Münhenə yola düşəcək

Cəmiyyət Materials 3 May 2007 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /müx. Trendlife Eldar Hüseynzadə/İyul ayında Opera və Balet Teatrının simfononik orkestrinin solisti, xalq artisti Gülbacı İmanova və Dövlət xor kapellası Münhendə opera festivalında iştirak edəcək. Trendlife-ın verdiyi məlumata görə, 2005-2006-cı illərdə orkestr orada çıxış edib. Hazırkı festival dünya musiqi festivalında ən aparıcı tədbirlərdən biridir. Bu il həmin festivalda 62 ölkədən olan nümayəndələr iştirak edəcək.

Bizim orkestrin musiqiçiləri festivalın finalında qala-konsertlə çıxış edəcəklər. Həmin qala-konsertdə bütün dünyadan olan musiqiçilər olacaq. Festivalda ayrıcı Azərbaycan musiqiləri də səslənəcək. Simfonik orkestrə Cavanşir Cəfərov rəhbərlik edir. Orkestr həmçinin Üzeyir Hacıbəyovun, Qara Qarayevin , Fikrət Əmirovun əsərlərindən ibarət mahnılar ifa edəcək. Festival çərçivəsində keçən "Maskarad balı", "Seviliya bərbəri" adlı operasında əməkdar artist Gülnaz İsmayılova, Əkrəm Poladov, Bülbül adına üçüncü müsabiqənin laureatı Əvəz Abdullayev, Fərid Əliyev, həmçinin Əliəhməd İbrahimov, Səidə Şirəliyeva, Anar Şuşalı və başqaları iştirak edəcəklər. Festivalda iştiraka görə birinci dəfədir ki, musiqiçilərimiz qonorar alacaqlar.

Xəbər lenti

Xəbər lenti