...

Vüqar Verdiyev Avropanın 50 ən yaxşı bodibilderi arasında yer tutub

Cəmiyyət Materials 4 May 2007 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı bodibilder Vüqar Verdiyev köhnə qitənin 50 ən yaxşı kulturistləri arasında yer alıb.

Trend in verdiyi xəbərə görə, bu günlərdə Avropa Bodibildinq Federasiyasının dərc etdiyi reytinqin nəticələrinə əsasən, idmançımız 41-ci yerdə qərarlaşıb. Atletlərin dünya və qitə birincilikləri daxil olmaqla ötən il keçirilən turnirlərdə yığdıqları xallar əsas götürülüb.

Belə ki, Verdiyev qitə birinciliyində yarımfinaladək irəliləyib, mundialda isə 15 ən güclü bodibilder arasına düşə bilib. Bu, ona 64 xal qazandırıb. Eyni göstəriciyə turnir cədvəlində Vüqarla qonşu olan Almaniya təmsilçisi Patrik Ostolani da malikdir.

Liderlərə gəldikdə isə birinci pillədə slovakiyalı Stefan Xavlik qərarlaşıb. O, rusiyalı İqor Losev və komanda yoldaşı Riçard Ridlini qabaqlayır.

Xəbər lenti

Xəbər lenti