...

Mayda Azərbaycanda hava şəraiti iqlim normasından yüksək olacaq

Cəmiyyət Materials 5 May 2007 11:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ May ayında Azərbaycanda hava şəraiti iqlim normasına yaxın, bəzi günlərdə isə normadan yüksək olacaq. Bu barədə şənbə günü Trend ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Umayra Tağıyeva məlumat verib. Onun sözlərinə görə, gələn həftə hava şəraiti nisbətən sabit keçəcək və temperatur tədricən yüksələcək. Bu müddətdə Azərbaycanın əksər ərazilərində, o cümlədən Bakı və Abşeron yarımadasında yağmursuz hava şəraiti proqnozlaşdırılır. Ancaq intensiv olaraq cənub küləyi şimal küləyi ilə əvəzlənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturunun 22-26, Aran rayonlarında 23-27, dağlıq ərazilərdə isə 20-22 dərəcə olacağı proqnozlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti