...

Azərbaycanda məhkumlar üçün rejim növünün seçilməsi səlahiyyəti cəzaçəkmə müəssisəsi rəisinə verilə bilər (video)

Cəmiyyət Materials 7 May 2007 12:04 (UTC +04:00)
Azərbaycanda məhkumlar üçün  rejim növünün seçilməsi səlahiyyəti cəzaçəkmə müəssisəsi rəisinə verilə bilər (video)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Azərbaycanda cəzaçəkmə müəssisələri kamera rejiminə keçəndən sonra məhkumlar üçün rejim növünün seçilməsi səlahiyyəti müəssisə rəisinə verilə bilər. Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov bazar ertəsi Trend ə açıqlamasında bildirib ki, Avropa Şurasının ekspertləri bu məsələ ilə bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə təklif verib. Bunu müsbət bir təklif kimi qiymətləndirən nazir müavini hazırda bu təklifin reallaşdırılmasını qeyri-mümkün hesab edir: "Hazırda bunu Azərbaycanda tətbiq etmək mümkün deyil. Çünki xarici ölkələrdə məhkumlar kamera rejimində saxlanılırlar. Məhkumun hansı rejimdə saxlanılmasını müəssisə rəisi müəyyənləşdirir. Müəssisələr kamera rejimində olduğundan həmin ölkələrdə bunu tətbiq etmək mümkündür. Ciddi rejimlərdə məhkumlar bütün günü kamerada saxlanılırlar. Onlara gün ərzində 1 saat gəzintiyə icazə verilir. Ümumi rejimdə isə məhkumlar bütün günü gəzintidə olur, işləyir, yalnız axşam kameralarına qayıdırlar. Bizdə isə kamerada saxlanılma üçün lazımi şərait yoxdur". Ələkbərov bildirib ki, cəzaçəkmə müəssisələrinin kamera rejiminə keçməsi istiqamətində müvafiq tədbirlər görülür. İnşa olunan yeni müəssisələr Avropa standartlarına uyğun olaraq kamera tipli olacaq. Bu proses başa çatandan sonra müəssisə rəislərnə əlavə səlahiyyətlərin verilməsi mümkündür.

Azərbaycanda məhkumların rejim formasını məhkəmələr müəyyən edir. Avropa Şurasının ekspertləri isə bu səlahiyyətin məhkəmələrdən alınıb müəssisə rəislərinə verilməsini təklif edib.

Azərbaycanın cəzaçəkmə müəssisələrində məhkumlar kamera şəraitində deyil, yataqxana şəraitində saxlanılırlar.

Xəbər lenti

Xəbər lenti