...

Bakının sabiq polis rəisi Avropa Məhkəməsinə müraciət edəcək

Cəmiyyət Materials 7 May 2007 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan "Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakitlə və 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin sabiq rəisi Müşfiq Mədətovla görüşüb. Behbudov bazar ertəsi bildirib ki, hər iki məhkum saxlanma şəraitindən şikayət etməyib.

Behbudov Sakitin ürək və əsəb xəstəliyindən 12 gündür Müalicə Müəssisəsində müalicə olunduğunu deyib. Sakit 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılarkən döyülməsi barədə mətbuatda yayılan məlumatların yanlış olduğunu deyib.

Sakit Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya və Ali Məhkəmə onun barəsindəki hökmü qüvvədə saxlayıb. Mədətov isə Ali Məhkəmənin barəsində çıxardığı qərarla razlaşmayıb. Mədətov işi ilə bağlı İnsan Haqları üzrə Avropa Məhkəməsinə şikayət edəcəyini deyib.

Ali Məhkəmə bir neçə gün öncə Mədətov barəsində təyin olunmuş cəzanı 4 il azaldaraq 7 ilə endirib.

Müşfiq Mədətov CM-nin 149.2.1, 149.2.4, 149.2.5- ci (zorlama) maddələrilə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilmişdi.

Xəbər lenti

Xəbər lenti