...

Azərbaycan İctimai Televiziyasının "Azadlıq" qəzetinin redaktoruna qarşı iddiası üzrə proses keçirilib

Cəmiyyət Materials 7 May 2007 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / İctimai Televiziyanın "Azadlıq" qəzetinin redaktoru Rövşən Hacıyevə qarşı işgüzar nüfuzun ləkələnməsi barədə iddia ərizəsi üzrə bu gün Bakının Binəqədi rayon məhkəməsində hakim Əhməd Sarıyevin sədrliyi ilə proses keçirilib. Hacıyevin məhkəmədəki nümayəndəsi Nurlana Əliyeva bazar ertəsi Trend ə bildirib ki, ötən prosesdə məhkəməyə mütəxəssisin dəvət olunması barədə qərar verilsə də, bu günkü iclasda məhkəmə ekspertizanın keçirilməsi barədə qərar qəbul edib.

Ekspertiza "İTV mətbuat aynasında" məqalələr toplusunda hansı fikirlərin təhqir və böhtan və yazının toplu və ya törəmə əsər olduğunu müəyyənləşdirəcək.

Ekspertizanın keçirilməsi isə Dilçilik İnstitutuna və Müəllif Hüquqları Agentliyinə həvalə olunub. Bu səbəbdən də məhkəmə prosesi qeyri-müəyyən müddətədək təxirə salınıb.

İddiaçı Hacıyevin tərtibçisi və redaktoru olduğu "İTV mətbuat aynasında" kitabının məhv edilməsi və yenidən yayımının qadağan olunması və cavabdehin İTV-nin kollektivindən üzr istəməsini tələb edib.

Xəbər lenti

Xəbər lenti