...

EFBB Bakıda keçirilmiş Avropa çempionatını tarixindəki ən yaxşılardan biri kimi tanıyıb

Cəmiyyət Materials 14 May 2007 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Avropa Bodibuilding Federasiyası (EFBB) Bakıda keçirilmiş Avropa çempionatını tarixindəki ən yaxşı çempionatlardan biri kimi tanıyıb.

Qitə birinciliyinin keçirilməsinə dair hazırlanmış məruzədə qeyd olunub ki, yarış ən yüksək səviyyədə keçib. Sənəddə Azərbaycanda idamanı yeni bir səviyyəyə qaldırmış İlham Əliyevin idmanın inkişafında rolu və uğurlarına xüsusi diqqət ayrılıb.

EFBB həmçinin milli federasiyanın prezidenti, Beynəlxalq Federasiyanın (IFBB) xüsusi medalına layiq görülmüş Rauf Bünyadəliyevin təşkilati işlərdəki gözəl rolunu da qeyd edib.

Sona çatmış müsabiqə barədə danışan EFBB yarışın bütün gözləntiləri üstələdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti