...

Siqaret əleyhinə kampaniya keçirilir

Cəmiyyət Materials 15 May 2007 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may/müx.TrendLife Fərid Sadıxov/ Səhiyyə Nazirliyi, "ELS" müstəqil Araşdırmalar Mərkəzi, Gənclər və İdman Nazirliyinin birgə təşəbbüsü ilə "Sağlamlığına, gələcəyinə, firavanlığına yox demə!" kampaniyası keçirilir.

Kampaniya Ümumdünya Səhiyyə Təşkilatının Beyəlxalq Tütünsüz Gün elan etdiyi 31 mayda yekunlaşacaq. Təşkilatçıların TrendLife-a verdiyi məlumata görə, kampaniyanın məqsədi sağlam həyat tərzinin və həyat üçün təhlükəli vərdişlərdən azad olma yollarının təbliğidir. Bu tədbir çərçivəsində Bakıdakı orta və ali məktəblərin şagird və tələbələri arasında "Gəncləri siqaret çəkməkdən necə çəkindirməli?" adlı sorğu da keçirilib. Sorğu zamanı siqaretin zərəri barədə təbliğat aparılıb. Qeyd edək ki, mayın 17-də kampaniyanın gedişi ilə bağlı mətbuat konfransı da keçiriləcək.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, tütün məmulatlarından istifadə 4,9 milyon insanın həyatına son qoyub. 2020-ci ilədək isə bu rəqəmin iki dəfə artacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti