...

Azərbaycanın Dövlət Komitəsi sədrinin Türkiyəyə rəsmi səfəri başlayıb

Cəmiyyət Materials 15 May 2007 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun bu gün Türkiyəyə rəsmi səfəri başlayıb. Bu barədə çərşənbə axşamı qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, səfərin məqsədi iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi və bölgədə dini durumla bağlı müzakirələrin aparılmasıdır. Görüşlərdə Dövlət Komitəsi ilə Türkiyənin Dəyanət İşləri Başqanlığı arasında mövcud əlaqələrin hazırkı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılacaq.

Orucovun səfəri mayın 19-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti