...

Sabiq səhiyyə nazirinin apellyasiya şikayətinə baxılacaq

Cəmiyyət Materials 16 May 2007 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbaliyeva/ Sabiq səhiyyə naziri Əli İnsanov və nazirliyin bir qrup sabiq əməkdaşının işi ilə bağlı apellyasiya şikayəti gələn həftə Apellyasiya Məhkəməsinə göndəriləcək. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Faiq Qasımov çərşənbə günü Trend ə bildirib ki, artıq məhkəmə hökmündən bir neçə təqsirləndirilən şəxs apellyasiya şikayətini məhkəməyə təqdim edib. Hakim şikayət verən təqsirləndirilənlərin dəqiq sayını açıqlamayıb.

Sabiq səhiyyə naziri barəsindəki məhkəmə hökmünü ədalətsiz, qərəzli hesab edir və barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Korrupsiya cinayətlərində təqsirləndirilən İnsanov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmü ilə Fəxrəddin Abbasov, Anar Namazov, Pərviz Kazımova 7 il 6 ay, Fuad Mahmudova 5 il sınaq müddətinə 7 il 6 ay, Vəkil Abbasova 4 il sınaq müddətinə 5 il, Akif Məhərrəmova əmlakı müsadirə olunmaqla 9 il, Eldar Rzayevə 7 il, Hacı Əliyevə 5 il sınaq müddətinə 7il, Şövqü Cəfərova 5 il sınaq müddətinə 7 il, Aleksandr Umyaşkinə 3 il iş verilib.

Xəbər lenti

Xəbər lenti