...

Alpinist İsrafil Aşurlu Everestin fəthindədir

Cəmiyyət Materials 17 May 2007 16:45 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.Səfərov/Azərbaycanlı alpinist İsrafil Aşurlu zirvənin fəthində olan Everestə birinci beynəlxalq ekspedisiya qrupunun tərkibinə daxil olub.

İdmançının özünün bildirdiyinə görə, Sergey Kofanov və Sergey Larinin başçılığı altında birinci komanda zirvəyə doğru istiqamət götürüb və Şimali Sedloya qalxıb.

"İlk gözlənilməz hadisə bir neçə gün davam edən qarın səkkiz çadırdan ikisini dağıtması olub. Hələ ki, yer bəs edir, mətbəx və yemək otağı, həmçinin tualet var. Zirvəyə əvvəl çıxan 200 insan iki oksigen balonunu oğurlayıb. On səkkiz balondan ikisinin oğurlanmasından sonra on altı ədəd qalıb. Bu, hələ elə də təhlükəli deyil, oksigen ehtiyatımız var. Lakin 7700 və 8300 metr hündürlükdəki düşərgələrdə biz daha bir neçə oksigen balonunu itirəcəyimizlə bağlı şübhəmiz var. Bu, kədərli olacaq", - deyə İ.Aşurlu qeyd edib.

Xəbər lenti

Xəbər lenti