...

Azərbaycanda Çeroki Mələk Əməliyyatı keçiriləcək

Cəmiyyət Materials 17 May 2007 19:14 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend /c Hava Milli Qvardiyası mayın 14-dən 21-ə qədər Çeroki Mələk Əməliyyatı həyata keçirir. İkili məqsədə malik bu tibbi-humanitar missiya Azərbaycan əhalisinin səhiyyə və rifahının yaxşılaşması, həm də Azərbaycan tibbi personalı ilə treyninq və iş aparılmasını nəzərdə tutur. Əməliyyatda Oklahoma Hava Milli Qvardiyasının 57 qulluqçusu iştirak edir. Əsasən tibb işçilərindən ibarət personal Azərbaycana Oklahomadan 2 S-130 Herkules təyyarəsı ilə gəlib. Oklahoma Hava Milli Qvardiyasının şəxsi heyətinin başçısı, Briqada generalı Robert D.Ayəton missiyaya rəhbərlik edir. O, Azərbaycana səfər çərçivəsində müdafiə və səhiyyə nazirləri ilə görüşəcək.

Əməliyyatın birinci fazası Oklahomanın tibbi heyəti ilə azərbaycanlı hərbi tərəf-müqabilləri ilə Azərbaycan təkmilləşmə mərkəzində porfessional mübadilə keçirilməsini nəzərdə tutur. Treyninq zamanı xəstəxana obyektinin seçilməsi, sahə sanitariyası, çadır salınması, xəstəxanadan əvvəl travma, xəstənin müayinəsi və hava nəqliyyatı tədris olunur. Heyət sahə təcrübəsini azərbaycanlı tərəf-müqabilləri ilə bərabər keçirərək, azərbaycanlı qaçqın və köçkünlərə mayın 19-dan 21-dək Sumqayıt yaxınlığındakı Sarı Qaya qəsəbəsində tibbi xidmətlər təqdim edəcək. "Humanitar missiyalar və qlobal səhiyyədə olan bu təcrübə gələcək əməliyyatlar üçün müstəsna əhəmiyyətə malikdir. Biz biliyimizi Azərbaycan qüvvələri ilə paylaşmağımızı səbirsizliklə gözləyirik", - deyə 137-ci Hava Eskadronunun polkovnik lnytenantı, uçuş serjantı Ceymz Devis bildirib.

Oklahoma-Azərbaycan tərəfdaşlığı 2002-ci ildə ABŞ-ın Avropa Komandanlığının Dövlət Tərəfdaşlıq Proqramı tərəfindən təsis olunub. Dünyada sabitliyin inkişafına xidmət edən bu proqram özündə seçmə ölkələrlə 54 tərəfdaşlığı birləşdirir.

1993-cü ildə yaranan Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində fəaliyyət göstərən tərəfdaşlıqlardan 26-ı ABŞ-ın Avropa Komandanlığının məsuliyyət dairəsinə, 5-i Afrikanın, 21-i isə Avropanın payına düşür.

Xəbər lenti

Xəbər lenti