...

Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri ABŞ-da səfərdədir

Cəmiyyət Materials 18 May 2007 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun başçılıq etdiyi nümayəndə heyəti ABŞ-da səfərdədir. Bu barədə cümə günü Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycan nümayəndə heyəti ABŞ-ın Nyu-York şəhərində keçiriləcək ənənəvi türk yürüşündə və türk diasporunun digər tədbirlərində iştirak edəcək.

Qeyd edək ki, mayın 19-da Nyu-Yorkda türk icmasının küçə yürüşü - birlik, həmrəylik paradı keçiriləcək. Türk icması hər il bu tədbiri keçirir. Yürüşə Azərbaycan diasporunun fəalları da qatılırlar. Builki yürüşdə isə Azərbaycandan olan rəsmi nümayəndələr - Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev də iştirak edəcək. Yürüşdən sonra konsert proqramının təşkil olunması gözlənilir.

İbrahimovun ABŞ-da yaşayan Azərbaycan, türk, yəhudi icmaları ilə görüşləri nəzərdə tutulub. Dövlət Komitəsinin sədri bu gün Türk Amerika Dərnəkləri Federasiyasına (TADF) daxil olan təşkilatların rəhbərləri ilə görüş keçirəcək.

Xəbər lenti

Xəbər lenti