...

"Şəfa" stadionunda məşqçilər üçün kurslar başlayıb

Cəmiyyət Materials 22 May 2007 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Şəfa" stadionunda məşqçilər üçün kurslar başlayıb. Bu kurslardan müvəffəqiyyətlə keçən məşqçilər "A" kateqoriyalı diplom alacaqlar.

UEFA nümayəndəsi Zdenek Sivek və Elmi-metodik mərkəzin təmsilçilərinin rəhbərliyi ilə keçən seminarda Ağasəlim Mircavadov ("Xəzər-Lənkəran"), Böyükağa Hacıyev ("Bakı"), Əsgər Abdullayev ("Olimpik"), Vaqif Paşayev (MOİK) və digər məşqçilər iştirak edir. Bu kurslar geniş proqramın yalnız bir hissəsidir. İkinci hissə isə avqust ayına planlaşdırılır.

15 məşqçinin iştirak etdiyi treninqin nəticələrinə əsasən məşqçilər yüksək liqa klublarına rəhbərlik etmək hüququ verən sertifikatlar alacaqlar.

Xəbər lenti

Xəbər lenti