...

Bir qrup jurnalist Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

Cəmiyyət Materials 22 May 2007 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan jurnalistlərinin iyunun 12-də keçirəcəyi yürüş-mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub. Bu barədə çərşənbə axşamı "Gündəlik Azərbaycan"-"Realnı Azerbaydjan" qəzetlərinin redaktoru Şahvələd Çobanoğlu məlumat verib.

Qeyd edək ki, müxalifətyönlü qəzetlər və Reaktorlar Birliyi həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını, məhkəmələr tərəfindən qəzetlərin cərimələnməsinin və mətbuat nümayəndələrinə təzyiqlərin dayandırılmasını tələb edirlər.

Bu tələblərlə iyunun 12-də saat 16.00-dan 18.00-dək metronun "Neftçilər" stansiyası yaxınlığından yürüşə başlayaraq Neftayırma zavoduna aid meydanda mitinq keçirilməsi nəzərdə tutulur.

Jurnalistlərin hər həftə piket formasında keçirdikləri növbəti etiraz aksiyası bu gün Bakının "Sabir bağı"nda olacaq. Həmin piketə Bakı Şəhər İcra Hakimiyyəti icazə verməyib.

Çobanoğlunun sözlərinə görə, jurnalistlərin növbəti etiraz aksiyasının fərqli məkanlarda, məsələn, "BP" neft şirkətinin Bakıdakı ofisinin qarşısında keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti