...

"Maşın-şou": "Dilənçi" qruplaşma qalib gəlir

Cəmiyyət Materials 22 May 2007 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may /müx.TrendLife Vüqar Vüqarlı/"Maşın-şou"da hər saat həyəcan artır. Yadınıza salım ki, oyunda qruplaşmaya Murad Arif, Nicat Kazımov, Tünzalə Ağayeva, Elməddin Cəfərov, Mehriban Xanlarova daxildir. Dünənki oyunda tamaşaçı qarşısına "müqəssir" kimi Mehriban Xanlarova çıxdı. O, səs toplayıb kimisə oyundan çıxartmalı, ya da əksinə, özü çıxmalı id.

Yeri gəlmişkən, bir az bu xanımdan söhbət açaq. Əgər desək ki, bu xanım daşıdığı familyanın adını batırır, heç də yanılmarıq. Deyəsən, o imanlı qadın rolunu oynayır. Az-çox dindən anlayışım olduğuna görə, deyəsən, imanlı müsəlman qadın nəinki kişi ilə öpüşə, hətta əl-ələ belə görüşə bilməz. Haram! Onu da əlavə edim ki, o özü verilişlərin birində belə bir etiraf edib: "Mən səhnədə olanda hicabımı soyunuram, həyatda isə geyinirəm". Bu, bütün müsəlman qanunlarını sərt şəkildə pozur. Bilirsiz, bu mənə məhşur bir cizgi filmini xatırladır. "İki it olur, biri o birini evinə qonaq çağırır. İt o birisinə deyir: Burda hər şey mənimdir. Kisel istəyirəm içirəm, istəyirəm kompotu yerə dağıdıram". Dini özəlləşdirmək olmaz. Nəinki özəlləşdirmək, hətta qanunları pozub, necə istəyirsən elə də hərəkət etmək olmaz.

Qayıdaq "Maşın-şou"ya. Mehriban oyunda yaşlı nəsildən olan bir oyunçunu çıxartmalıdır. Yaşlı nəsildən isə iki nəfər qalıb: Şərqiyyə Hüseynova, Mübariz Tağıyev. Vado Karovin isə onun hədəfi deyil. Mübariz Tağıyevi oyundan çıxara bilməz. Mübariz müəllim ona tapmaca oynamağı qadağan etdi. "Əgər bu mənəmsə, heç bir problem yoxdur. Əgər belədirsə, mənim adımı çək, hamı deyəcək ki, sən çox cəsarətlisən." Bəli, Mübariz müəllimi oyundan çıxarmağa cürət etmədi, belə ki, oyundan Şərqiyyə Hüseynovanı uzaqlaşdırdı. Buna yalnız Bayıl qəsəbəsinin sakinləri və 249№ -li məktəbin yanında yerləşən Zabitlər parkının sakinləri sevinəcəklər. Çünki Şərqiyyə xanım hər gün orda nəvəsi ilə gəzir. Xalq qiybət üçün ən dəqiq məlumatı Şərqiyyə xanımın özündən alacaq. Duz demirəm, cənablar?..

Xəbər lenti

Xəbər lenti