Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Xəzər-Lənkəran" futbol klubu "Karvan"ın ivuarlı forvardı Yakuba Bambanı alıb.
Trend in məlumatına görə, lənkəranlıların rəhbərliyi artıq indidən heytəti güncləndirmək qərarına gəlib. Buna səbəb komandanın milli çempionatı və Çempionlar liqasının seçmə mərhələsinə çıxmaq şanslarının yüksək olmasıdır. Ona görə də kluba Zaur Ramazanovla birgə hücum xəttini gücləndirə biləcək futbolçu lazımdır. Qeyd edək ki, qoleador xüsusiyyətlərinə baxmayaraq Zaur bu mövsüm dəfələrlə meydanı qol vurmadan tərk edib.
Onu da əlavə edək ki, Bamba zədələr ucbatından mövsümün böyük hissəsini meydandan kənarda keçirib. Lakin artıq onun səhhətində problem yoxdur və öz yeni komandasına kömək etmək üçün əlindən gələni etməyə hazırdır.