...

Prezidentin İcra Aparatının rəhbəri: Azərbaycanda lazımi demokratik islahatlar aparılıb

Cəmiyyət Materials 23 May 2007 11:57 (UTC +04:00)
Prezidentin İcra Aparatının rəhbəri: Azərbaycanda lazımi demokratik islahatlar aparılıb

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev çərşənbə günü Bakıda keçirilən "Keçid dövrü cəmiyyətində demokratiya" mövzusunda beynəlxalq konfransda çıxışında bəyan edib ki, Azərbaycan dünya iqtisadiyyatı və siyasətində sözünü deyən dövlətə çevrilib. Onun sözlərinə görə, Azərbaycanda lazımi demokratik islahatlar aparılıb, bu isə ölkədə siyasi-iqtisadi sabitliyin möhkəmlənməsinə səbəb olub.

Mehdiyev qeyd edib ki, Azərbaycan müstəqillk əldə etdikdən sonra ölkənin taleyi demokratiyanın inkişafından asılı idi. "Azərbaycanın sabiq prezidenti Heydər Əliyev Azərbaycanda demokratik islahatların aparılması üçün böyük xidmətlər göstərib. Prezidentlə parlament arasında normal demokratik münasibətlər yaradılıb. Dünya prosesinə inteqrasiyada bir sıra beynəlxalq layihələrin müəllifi olub. O zaman demokratik islahatların aparılması bu günkü Azərbaycanın inkişafına böyük təsir göstərib", -deyə Mehdiyev bildirib.

Beynəlxalq konfransın təşkilatları Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyasıdır. Konfrans Azərbaycan Prezidentinin İcra Aparatının dəstəyi ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti