...

Nazir: "Azərbaycanda qanunsuz balıq ovunun qarşısını almaq üçün intensiv reydlər keçiriləcək"

Cəmiyyət Materials 25 May 2007 13:08 (UTC +04:00)
Nazir: "Azərbaycanda qanunsuz balıq ovunun qarşısını almaq üçün intensiv reydlər keçiriləcək"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Xəzər dənizinin Azərbaycan hissəsində qanunsuz balıq ovunun qarşısını almaq məqsədilə birgə tədbirlərin keçirilməsinə dair Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi ilə razılaşma əldə edilib. Bu barədə cümə günü jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov məlumat verib. Nazirin sözlərinə görə, razılaşmaya əsasən hər üç dövlət qurumu intensiv şəkildə birgə reydlər keçirəcək.

Bir neçə gün öncə Xəzər sahillərində tələf olunmuş balıqlara rast gəlindiyini təsdiqləyən Bağırov bildirib ki, balıqların nədən tələf olduğunu müəyyən etmək üçün nümunələr götürülüb. Nümunələr həm Kənd Təsərrüfatı, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin laboratoriyalarında yoxlanılacaq.

"Analizlərin nəticəsində balıqların brakonyerlər tərəfindən və ya epidemiyaya görə tələf olunduğu müəyyənləşdiriləcək və müvafiq tədbirlər görüləcək" - deyə nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti