...

Azərbaycan diasporuı Respublika gününü xaricdə qeyd edəcək

Cəmiyyət Materials 25 May 2007 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /müx.TrendLife Rəna Şirəliyeva/Respublika günü nəinki Azərbaycanda, ondan kənarda da qeyd olunacaq. TrendLife-ın verdiyi məlumata görə, bayram tədbirləri tez başlayacaq. Belə ki, mayın 27-də İspaniyada Azərbaycan səfirliyininin Azərbaycan Dostluq Cəmiyyətinin dəstəyi ilə Madriddə Respublika gününə həsr olunmuş bayram tədbiri təşkil olunacaq. Həmin gün Starsburqda yerləşən "Bakı gecələri" restoranında bayram gecəsi keçiriləcək. Həmçinin mayın 29-da Azərbaycanın Gənclər və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan gəncləri forumu və 6-cı bayram festivalı keçiriləcək. Bayramla əlaqədar olaraq Azərbaycan diasporu Danimarkada,İsveçdə, Çexiyada, Polşada, Bolqarıstanda, Estoniyada, Litvada tədbirlər keçirəcək.

Həmin gün Almaniyanın "Azərbaycan evində", Hollandiyada Benilüks Azərbaycanlıları Konqresi də bayram keçirəcək. Finlyandiyanın paytaxtı Helsinskidə isə "Anam doğma Vətənim" adlı tədbir olacaq. Rusiyada və Ukraynada yaşayan həmyerlilərimiz də bu bayram günündən kənarda qalmayacaqlar. Rusiyanın İvanovo şəhərində Azərbaycan və rus estarada müğənnilərindən ibarət bayram konserti olacaq. Kiyevdə isə Ukrayna Azərbaycanlıları Konqresinin beş regional şöbəsinin iştirakı ilə dəyirmi masa keçiriləcək. Türkiyədə də tədbirlər olacaq. Ankarada, Adanada və İstanbulda elmi-praktik konfranslar təşkil olunacaq. Həmçinin Respublika Gününə həsr olunan tədbir Şimali Kipr Türk Cümhiriyyətində də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti