...

Fərda Xudaverdiiyevin tam iflası

Cəmiyyət Materials 26 May 2007 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /müx.TrendLife Vüqar Vüqarlı/Dünən Azərbaycan Dövlət opera və balet teatrında tanınmış yumorist, "Tam sərbəst" verlişinin aparıcısı Fərda Xudaverdiyevin konserti oldu. Mən də orda idim. Heç nə içmədim, belə ki, bütün konsert məni öldürdü. Mən dəhlizdən içəri girəndə heç kim nə bilet, nə də jurnalistliyimi təsdiq edən sənəd soruşmadı. Təşkilatçılar gördülər ki, 1000 nəfərlik yerin üçdə bir hissəsi dolmayıb, belə qərara gəldilər ki, açıq qapı elan etsinlər. Qabağa qaçmaqla heç nə olmadı. Çünki heç 800 yer dolmamışdı.

İndi isə keçək tamaşaçı fiaskosına. Düzünü desəm, mən tamaşa başlayandan 15 dəqiqə sonra peşman oldum ki, işdən tez çıxmışam. Orda oturub baxmaqdansa evdə oturub baxmaq ondan da yaxşı olardı. Mən bir şeyi başa düşmürəm, necə demək olar ki, biz konserti bir dəfə verəcəyik, amma necə lazımdır. Burda konserti necə lazımdır verməkdən söhbət gedə bilməzdi. Tamaşaların çoxu ekranlarda göstərilən "Tam sərbəst"də gedən videoroliklərdən ibarət idi. Desək ki, tamaşaçılar bu konsertdən narazı qaldılar, yanılmaram. Hətta bu konsertə havayı gələnlər belə oranı yarımçıq tərk edirdilər. Hətta onları səhnədə müşayiət edən rəqs qrupu da bu gün nədənsə çox yorğun görünürdü.

Onu da deyək ki, mən bərbad material hazırlamaq istəmirəm. Amma gördüklərimi başqa cür yazmaq mümkün deyil. Sadəcə adamın ora gələn tamaşaçılara yazığı gəlirdi. Əgər bu gün Fərda öz konsertində yenə də nəsə dəyişiklik etsə, bu, onun komandasının sonuncu konserti olacaq. Hərcənd ki, öz gözlərində tiri görmürlər ,başqalarında tük axtarırlar.

Xəbər lenti

Xəbər lenti