...

Nadir Bayramlı Həcc ziyarətində ürəkdən ağladı

Cəmiyyət Materials 29 May 2007 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı , 28 may /müx. "TrendLife" Lalə Həsənova/ Azərbaycanın tanınmış müğənnisi, lirik mahnılar ifaçısı Nadir Bayramlı mömin olub. Hamıya məlumdur ki, bir neçə ay bundan əvvəl o, namaz qılmağa başlayıb, bu yaxınlarda isə Həcc ziyarətində olub. O vaxtdan barmağında gəzdirdiyi gəzdirdiyi gümüş üzük, dediyinə görə, ona uğur gətirir. Bu haqda "TrendLife"a Bayramlı Milli Akademik Dram Teatrında keçən "Həsrət" solo konsertindən öncə açıqlama verib. Konsertdə həmçinin onun "Vəfasız" klipinin təqdimatı olub.

"Həcc ziyarətində olarkən mən anladım ki, bü dünya fanidir və insanlar gərək bir-birləri ilə mehriban olsunlar. Mən birinci dəfə idi ki, Məkkədə ürəkdən ağlayırdım. Ağlayandan sonra içimdə qəribə bir rahatlıq hissi tapmışdım" - deyə Bayramı bildirib.

İki saatlıq konsert proqramında isə müğənni nəinki özünün lirik mahnılarını, həm də ritmik mahnılarını ifa etdi. İfa etdiyi "Dəyişmərəm" mahnısını isə müğənni özü yazıb. Ədalət Şükürov, Zamiq, "Şeron" qrupu, yumorist Fərda onu konsert münasibətilə təbrik etdilər. Bayramlı konsert boyu həddindən artıq həyəcanlı idi. Görünür onun həyəcanı rəqqaslardan birinə də təsir etmişdi. Belə ki rəqqas rəqs vaxtı səhnədə yıxıldı. Klipə gəldikdə isə indiki şou-biznesdə yayımlanan kliplərdən heç nə ilə fərqlənmirdi.

Xəbər lenti

Xəbər lenti