...

Qrossmeyster Teymur Rəcəbov Eduard Dubov reytinqində mövqelərini qoruya bilib

Cəmiyyət Materials 30 May 2007 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Eduard Dubovun İsveçrə sistemi üzrə FİDE Komissiyasının üzvləri reytinqində mövqelərini qoruyub saxlayıb.

Əvvəlki kimi şahmatçımız səkkizinci pillədə qərarlaşıb və hazırda macar Petr Leko, rusiyalı Pyotr Svidler, israilli Boris Gelfand və digər tanınmış qrossmeysterləri qabaqlayır.

Digər şahmatçımız Şəhriyar Məmmədyarov isə əksinə, öz vəziyyətini daha da ağırlaşdırıb. Belə ki, o, onuncu pillədə qərarlaşmalı olub. Buna səbəb Məmmədyarovun Sofiyada "M-Tel Masters" superturnirdəki çıxışı olub. Şahmatçımız turnirə yaxşı başlasa da, sonra bir sıra məğlubiyyətlərə düçar olub və nəticədə bu, onun reytinq göstəricisinə öz təsirini göstərib.

Xəbər lenti

Xəbər lenti