...

Prezidentin İcra Aparatının rəhbəri: "Azərbaycanda 2007-2010-cu illər üçün korrupsiyaya qarşı mübarizənin milli strategiyası hazırlanıb"

Cəmiyyət Materials 31 May 2007 12:03 (UTC +04:00)
Prezidentin İcra Aparatının rəhbəri: "Azərbaycanda 2007-2010-cu illər üçün korrupsiyaya qarşı mübarizənin milli strategiyası hazırlanıb"

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Azərbaycanda 2007-2010-cu illər üçün şəffaflığın və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair milli strategiya layihəsinin hazırlıq işi tamamlanıb. Bunu cümə axşamı Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev Bakıda Avropa və Orta Asiya ölkələri üzrə "Transparency International" regional görüşündə çıxış edərkən deyib.

Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Komissiyasına sədrlik edən Mehdiyev bəyan edib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə üçün bütün institusional əsaslar yaradılıb, ölkə bu sahəyə aid beynəlxalq konvensiyalara qoşulub və qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir.

Onun sözlərinə görə, komissiyanın üçillik fəaliyyəti dövründə korrupsiyaya qarşı mübarizə ilə bağlı çoxsaylı monitorinqlər keçirilib və dövlət orqanlarına ölkədə şəffaflığın səviyyəsinin artırılması ilə bağlı tövsiyələr verilib.

Korrupsiyanı xərcəng xəstəliyi ilə müqayisə edən Mehdiyev Azərbaycanda bu mənfi hala qarşı mübarizədə dövlət, cəmiyyət, qeyri-hökumət təşkilatları və mətbuatın birləşməsinin vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti