...

Heykəllər canlanacaq

Cəmiyyət Materials 5 İyun 2007 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyun /müx.TrendLife Eldar Hüseynzadə/Rejissor və fotoqraf Nonna de Göbek hazırda maraqlı layihə üzərində işləyir. Rejissorun TrendLife-a verdiyi məlumata görə, "Bü yaxınlarda mən Parisdə İmpressionizm Muzeyində olmuşdum. Orda 40-dan çox heykəlin şəklini çəkmişəm. Onların gözəlliyinə heyran qaldığım üçün belə qərara gəldim ki, Azərbaycanda da belə bir şey keçirim. Bunun üçün modelləri dəvət edirəm. İşlər nəinki çılpaq, geyimli də olacaq. Arzu edənlər artıq var. Modellər heykəllərə uyğunlaşmalıdırlar. Onlar mütləq rənglənəcəklər. Mən bizim ulduzlara çıxış etməyi təklif etdim. Lakin onlar imtina etdilər. Sözün duzu, heykəl üçün onların bədənləri münasib deyil. Onlar öz bədənlərini sevmirlər. Hələlik mənim istədiyim layihə başlanğıcdır. Sonda isə geniş fotosərgi açacağam".

Xəbər lenti

Xəbər lenti