...

Azərbaycanlı atletlər Olimpiadada iştirakı genişləndirmək niyyətindədirlər

Cəmiyyət Materials 9 İyun 2007 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycandan Pekin Olimpiadasında dörd, ya beş atlet iştirak edə bilər. Bu sözləri Yüngül Atletika federasiyanın prezidenti Çingiz Hüseynzadə deyib.

Onun bildirdiyinə görə, əsas prioritet sprinter məsafələrində, habelə üçqat tullanmada lazımi normativlərin yerinə yetirilməsidir. "İndi əsas vəzifə müvəffəqiyytlərin sayının artırılması və İAAF Beynəlxalq Federasiyasının bayrağı altında keçirilən yarışlarda yaxşı çıxış etməkdir" - deyə Hüseynzadə vurğulayıb.

Federasiya rəhbərinin sözlərinə görə, yüngl atletika mövsümünü nəzərə alsaq, növbəti aylarda iri yarışlar çox olacaq.

Bu günlərdə 200 metrə qaçışda olimpiya normativlərini Ruslan Abbasov və Ramil Quliyev yerinə yetirib.

Xəbər lenti

Xəbər lenti