...

İnsanlar cazı görüb başa düşəcəklər ki, əsl musiqi nədir - Rahib Azəri

Cəmiyyət Materials 9 İyun 2007 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyun /müx.TrendLife Eldar Hüseynzadə/Rahib Azəri artıq üçüncü ildir ki, Azərbaycanda keçirilən caz festivalının aparıcısıdır. Xüsusi olaraq o, TrendLife üçün hazırkı tədbir haqqında danışdı: "Keçən illə müqayisədə festival iştirakçılarının coğrafiyası genişlənib. Bu dəfə altı master-klass keçiriləcək. Festivalın təşkilatçıları çox ciddi işləyiblər. Bundan başqa, festival Yaşıl Teatrda keçirilir. Baxın, sonuncu dəfə burda konsert 1987-ci ildə olub. Bir fakt da bizi sevindirir: bu il festivalda çoxlu gənc musiqiçilər iştirak edir. Bu, onlar üçün ən yaxşı məktəbdir. Mən deməzdim ki, son 15 ildə Azərbaycanda cazın səviyyəsi enib. Əgər sovet dövrü ilə müqayisə etsək, onda problemlər var. İndiki festival sübut edir ki, Azərbaycanda caz məktəbi hələ də yaşayır. Yəni Vaqif Mustafazadənin, Rafiq Babayevin məktəbi onlardan sonra da yaşayır. Bizdə çox qabliyyətli pianoçular var. İnsanlarda pessimizm ondan irəli gəlir ki, onlar çox az-az konsertlərə gedirlər. Ancaq mən inanıram ki, getdikcə insanlar əsl musiqinin nə olduğunu anlayacaqlar. Bu festivalın əsl məqsədidir. Bir söz də deyim ki, bəzi adamlar bizə cazı , caz festivallarını keçirməyi öyrətmək istəyirdilər. Mən Caspian JazzBlues-dan danışıram. Biz onlara da sübut etdik ki, onlarsız da əla caz festivalı keçirməyi bacarırıq".

Xəbər lenti

Xəbər lenti