...

Qabliyyətli gənclər pop-musiqisini seçirlər

Cəmiyyət Materials 12 İyun 2007 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun /müx.TrendLife Eldar Hüseynzadə/Azərbaycan bəstəkarlar məktəbinin ümumi səviyyəsi sovet dövründəki ilə müqayisədə enib. Bu kimi söhbətlər çoxdan gəzir. Bunlara aydınlıq gətirmək üçün Bəstəkarlar İttifaqının üzvü İlham Abdullayev öz fikrini bildirdi: " Əgər açığını desəm, səviyyə çətin ki, yüksəlsin. Sovet dövründə Azərbaycan musiqisi daha canlı idi. Bəlkə bu ondan irəli gəlirdi ki, o vaxtlar Qara Qarayev, Cövdət Hacıyev kimi korifeylər vardı. Əlbəttə, indi də Arif Məlikov, Aqşin Əlizadə kimi bəstəkarlar var. Ekranlarda göstərilən pop musiqiləri gənc bəstəkarlara təsir edir. Onlar fikir verirlər ki, pop-musiqiyə nə qədər önəm verilir. Təəssüf ki, qabliyyətli gənclər elə janrlara daha çox fikir verirlər. Mən inanıram ki, İttifaqın qurultayından sonra klassik və professional musiqiyə daha çox fikir veriləcək. Bu istiqamətdə irəliləyiş yaranacaq".

Xəbər lenti

Xəbər lenti