...

"Qaya" qrupunun solisti Rauf Babayev: "Arif Hacıyev həyatdan unudulub getdi"

Cəmiyyət Materials 12 İyun 2007 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun /müx. "TrendLife" Günel Əhmədova/ Keçmiş "Qaya" qrupunun üzvü Arif Hacıyev 14 gün idi ki, koma vəziyyətində idi. İyunun 11-də axşam isə dünyasını dəyişdi. "TrendLife"a mərhumun dostu Rauf Babayevin dedikləri bu oldu: "Arif Hacıyev 15 ildir ki, Parikson xəstəliyindən əziyyət çəkir və ən təsirlisi isə odur ki, mart ayında müğənninin 70 illik yubileyi oldu. Lakin heç kim onu qeyd etmədi. Bu laqeyidsizlik səbəbindən müğənni bir neçə müddət təzyiqdən əziyyət çəkdi. Mayın 29-da isə onun vəziyyəti yenidən pisləşdi və xəstəxanaya çatdırılana qədər yolda insult keçirtdi. İki həftə Arif komada oldu. Keçən gecə isə dünyasını dəyişdi". Yadınıza salaq ki, "Qaya" qrupundan sonra müğənni Rauf Babayevin yaratdığı "Bəri bax" qrupunda çıxış edirdi. Arif Hacıyev bu gün saat 16:00-da torpağa tapşırılacaq. Allah rəhmət eləsin!

Xəbər lenti

Xəbər lenti