...

Aktyor Emil Abbasov: "Mənim "Maşın-şou"dan gedişim şou deyildi"

Cəmiyyət Materials 13 İyun 2007 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun /müx.TrendLife Eldar Hüseynzadə/Emil Abbasovun "Maşın-şou"dan gedişi bu proqramın ən faciəli hadisəsi oldu. O elə-belə getmədi.Onu ABU Endoklinikə yerləşdirdilər. Bundan başqa, hamı elə düşünürdü ki, bunların hamısı xəstəxananın reklamı üçün edilir.

Emil özü isə TrendLife-a belə bir açıqlama verdi: "Əlbəttə, mənim səhhətimdə problem var idi. Gün seçimini düzgün aparmamışdım. Yatmaq günümdə yatmırdım. Nəticədə əsəb sistemim özünü göstərdi. Elə şeylər var idi ki, demək istəyirdim, amma nədənsə susurdum. Düzünü söyləsəm, layihədə belə hadisələrin baş verməsini gözləmirdim. İlk gündən bütün insanlar bir-biri ilə konflikə girmişdilər. Sonradan mən oyunun nüansını anladım. Mənim üçün bu layihə şou olaraq qaldı. Ən əsaıs isə hamı elə fikirləşirdi ki, mənim gedişim də şounun bir hissəsini təşkil edir. Böyük məmnuniyyətlə növbəti bir şou-layihədə iştirak etmək istərdim. Təbii ki, dəvət etsələr".

Xəbər lenti

Xəbər lenti