...

"Yeni Müsavat" qəzetinin baş redaktoru: "Hər həftə partizan aksiyaları keçirəcəyik"

Cəmiyyət Materials 14 İyun 2007 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın bir qrup jurnalisti cümə axşamı Bakının "Sabir" bağında etiraz aksiyası keçirməyə cəhd göstəriblər. Aksiyanın təşkilatçıları piketin baş tutması üçün əvvəlcədən Bakı Şəhər İcra Hakimiyyətini xəbərdar etməyiblər.

Mirzə Ələkbər Sabirin heykəli qarşısına toplaşan jurnalistlər,qəzet redaktrları mətbuata edilən təzyiqələrə, jurnalistlərin həbsinə, həmçinin əlaqədar dövlət qurumlarının piketlərin keçirilməsinə icazə verməməsinə etirazlarını bildiriblər.

"Azadlıq!", "Azad söz!" şüarlarını səsləndirən piketçilər polislərin müdaxiləsi ilə üzləşiblər. Polislər aksiyaçıları heykəlin qarşısından uzaqlaşdırıblar, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu və qəzetin daha iki əməkdaşı, "Gündəlik Azərbaycan" qəzetinin redaktoru Şahvələd Çobanoğlu saxlanılaraq polis bölməsinə aparılıblar. Jurnalistlərə xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar.

Rauf Arifoğlu aksiya dağıdılarkən onlara qarşı zorakılıq edildiyini, hətta qarşıdurma zamanı "Yeni Müsavat" qəzetinin əməkdaşı Etibar Seyidağanın cibindən 21 manat pulunun oğurlandığını deyib. Arifoğlunun sözlərinə görə, E.Seyidağaya polislər tərəfindən xəsarət yetirildikdən sonra təcili yardım çağırılıb və jurnalistə ilk tibbi yardım göstərilib.

Arifoğlu qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti hətta özünün müəyyənləşdirdiyi marşrutlar üzrə də yürüş-mitinqlər keçirməyə icazə vermədiyinə görə, Redaktorlar Birliyi partizan aksiyaları keçirilməsinə qərar verib: "Bizim partizan aksiyalarımız davam edəcək və hər həftə keçiriləcək. Ola bilsin, bir gündə bir neçə yerdə aksiya keçirəcəyik, lakin qarşısının alınmaması üçün əvvəldən açıqlama verilməyəcək"-deyə Arifoğlu bildirib.

Xəbər lenti

Xəbər lenti