...

Peyğəmbəri və İslam dinini təhqir etməkdə günahlandırılan jurnalistlərin apellyasiya şikayəti üzrə prosesin vaxtı müəyyənləşdi

Cəmiyyət Materials 18 İyun 2007 15:56 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir K.Zərbalıyeva/ Peyğəmbəri və İslam dinini təhqir etməkdə günahlandırılan jurnalistlər barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə hazırlıq iclası iyunun 22-ə təyin olunub. Bu barədə Trend ə prosesə sədrlik edəcək Apellyasiya Məhkəməsinin hakimi Rəsul Səfərov məlumat verib.

Samir Sədaqətoğlu və Rafiq Tağı Cinayət Məcəlləsinin 283-cü maddəsi (irqi, milli və dini nifrət və düşmənçiliyin salınması) ilə təqsirləndirilərək ötən ilin noyabrında həbs ediliblər.

Mayın 4-də Bakının Yasamal rayon məhkəməsinin hökmü ilə Samir Sədaqətoğlu 4, Rafiq Tağı isə 3 il azadlıqdan məhrum edilib.

Onlar "Avropa və biz" məqaləsində İslam dini və Məhəmməd peyğəmbər haqqında bəzi təhqiredici fikirlər səsləndirməkdə günahlandırılırlar.

Xəbər lenti

Xəbər lenti