...

Azərbaycanlı voleybolçular Yeltsin Kubokunda Belarusla oynamayacaq

Cəmiyyət Materials 18 İyun 2007 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Rusiyanın tələbələrdən ibarət voleybol yığması iyun ayında Yekaterinburq və Nijni Taqildə Rusiyanın birinci prezidenti Boris Yeltsinin şərəfinə keçiriləcək Kubokun qrup mərhələsində Belarusun əvəzinə xanımlardan ibarət Azərbaycan komandasını qəbul edəcək.

Dəyişiklik son anda Kuba yığmasının yarışda iştirak etməkdən imtina etməsi və ev sahiblərinin ikinci komandasının yarışa buraxılması ilə əlaqədardır. Öz növbəsində Belarus yığması Rusiya, Türkiyə və Yaponiyanın oynadığı "A" qrupuna düşüb.

Xatırladaq ki, Faiq Qarayevin yetirmələri ilə bir yarımqrupda Hollandiya və Çin yığmaları var.

Xəbər lenti

Xəbər lenti