...

Nizami rayonunda yaşıllıq zolağını məhv etmək istəyirlər

Cəmiyyət Materials 19 İyun 2007 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun/müx. "TrendLife" Fərid Sadıxov / Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları paytaxtda reyd keçirərkən qanunsuzluq faktı aşkar ediblər. Nizami rayonu, Q.Qarayev prospekti ilə Rüstəmov küçəsinin kəsişdiyi (metronun "Neftçilər" stansiysının yaxınlığında) ərazidə 87 ədəd ağacdan ibarət yaşıllıq zolağının dəmir hasara alınması faktı üzrə akt tərtib edilib. Araşdırma zamanı məlum olub ki, ərazidə iaşə obyektinin tikintisi nəzərdə tutulub.

Departamentdan "TrendLife"a bildirilib ki, əgər həmin ərazidə hər hansı tikinti aparılsa, onda ağacları mütləq kəsəcəklər. Faktla əlaqədar Bakı şəhər və Nizami rayon İcra Hakimiyyətlərinə müraciət olunub ki, yaşıllıq zolağında tikintiyə icazə verilməsin. Həmin qurumlardan ərazidə dəmir hasarların sökülməsi xahiş edilib.

Xəbər lenti

Xəbər lenti