...

DİN-in sabiq baş əməliyyat müvəkkilinin kassasiya şikayətinə baxılacaq

Cəmiyyət Materials 21 İyun 2007 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və digərilərinin apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclasından verilmiş kassasiya şikayətinə iyulun 17-də baxılacaq. Ali Məhkəmədən cümə axşamı Trend ə bildirilib ki, şikayətə hakim Nəriman Hüseynov baxacaq.

Çoxsaylı qətllərdə, adam oğurluğunda, ölümə sui-qəsddə və digər cinayətlərdə ittiham olunan Hacı Məmmədov və rəhbərlik etdiyi dəstənin üzvlərinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti hakim Şahin Yusifovun icraatındadır. Apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclasında cinayət işinə xitam verilməsi, işin təkrar istintaqa göndərilməsi barədə vəkillərin vəsatətləri təmin olunmayıb. Təqsirləndirilən şəxslər və vəkillər hazırlıq iclasında verdikləri vəsatətlərin təmin olunmaması barədə qərardan Ali Məhkəməyə şikayət ediblər.

Hazırlıq iclasının qərarından verilmiş kassasiya şikayətinə baxılanadək prosesdə fasilə edan olunub.

Məhkəmə hökmü ilə Məmmədov əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzasına məhkum edilib.

Xəbər lenti

Xəbər lenti