...

Prezidentin İcra Aparatının şöbə müdiri: "Mətbuatın bugünkü durumunda şərəf və ləyaqətə görə cinayət məsuliyyətini götürmək mümkün deyil"

Cəmiyyət Materials 21 İyun 2007 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycan mətbuatının bugünkü durumunda şərəf və ləyaqətə görə cinayət məsuliyyətini götürmək mümkün deyil. Çünki hazırda 60 mindən artıq jurnalist vəsiqəsini gəzdirənlər arasında əsl peşə sahibləri olması ilə yanaşı, ləyaqətsizlər, oğrular da var. Bu bəyanatla cümə axşamı Bakıda "Mətbuat və cəmiyyət" mövzusunda keçirilən konfransda Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov məlumat verib. Onun sözlərinə görə, jurnalist özünə rəva bilmədiyini, digərinə də rəva bilmədikdə, mətbuat nümayəndələrinin hamısı şüurlu qələm sahibləri olduqda şərəf və ləyaqətə görə cinayət məsuliyyətini götürmək olar.

Həsənov bildirib ki, bu gün Azərbaycan mətbuatındakı problemlər mətbuata qarşı basqılar səbəbindən deyil. "Bu problemi bəzi mətbuat nümayəndələri özləri yaradır.Mətbuat həddən artıq siyasiləşib. Partiyalar hər biri düşərgəsinə mətbuat orqanlarını cəlb edir. Əhali qarşısında təhqir olunan vətəndaş nə etməlidir?" - deyə Həsənov əlavə edib.

Azərbaycan mətbuatında reklam bazarının zəif olmasının da bir sıra problemlər yaratdığını deyən Həsənov deyib ki, Milli Mətbuat Günü ərəfəsində hökumət mətbuatın maddi-texniki bazasının gücləndirilməsi üçün bir sıra layihələr üzərində işləyir.

Azərbaycanda Milli Mətbuat Günü hər il iyulun 22-də qeyd olunur.

Xəbər lenti

Xəbər lenti