...

Avro-2007-də Azərbaycan gimnastlarından ilk olaraq Dinara Gimatova çıxış edəcək

Cəmiyyət Materials 28 İyun 2007 19:09 (UTC +04:00)

Azərbaycan, Bakı /müx . Trend Z.Səfərov/ İyunun 29-də Heydər Əliyev adına İdman- Konsert Kompleksində başlayacaq Avropa çempionatında Azərbaycan gimnastlarından ilk olaraq Dinara Gimatova çıxış edəcək.

Trend in verdiyi məlumata görə, Azərbaycan çempionu kompozisiyanı lentlə icra edəcək. Gimatovanın çıxışından əvvəl münsiflər heyətinin qarşısında Slovakiyadan olan Tyasa Seme, Yunanıstandan Evangelina Qountroumpi, İsraildən isə Neta Rivkin çıxış edəcəklər. Axşam proqramında isə dəfələrlə Dünya Kubokunun mükafatçısı və Qran-Priyə layiq görülüb və iplə çıxış edəcək Aliyə Qarayeva, həmçinin Anna Qurbanova çıxış edəcəklər.

Qeyd edək ki, Azərbaycanın yığması ümumi komanda hesabında üçüncü yer uğrunda mübarizə aparacaq, mütəxəssislərin fikrincə, onun əsas rəqibi Belarus yığması olacaq.

Xəbər lenti

Xəbər lenti