...

Müğənni Cavid Hüseyn: "Nə vaxt sübut edəcəyəm ki, azərbaycanlıyam, onda fars dilində də oxuyacağam

Cəmiyyət Materials 29 İyun 2007 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun /müx.TrendLife Ayəndə Dadaşova/Cavid Hüseyn reper Nado ilə birlikdə çəkdirdiyi klipin təqdimatından sonra "Leylacan" mahnısına yeni klip çəkdirəcək. Mahnının sözləri müğənnin özünə (ləqəb Sahil), musiqisi isə Rəhim Rəhimliyə aiddir. Cavidin TrendLife-a verdiyi məlumata görə, bu işə o vaxt başlayacaq ki, mahnı populyar olsun. O, həyat yoldaşı Sevincin musiqisinə yazılmış daha iki mahnı üzərində də işləyir. Bu mahnı iki tanınmış müğənnilərlə duet olacaq. Lakin müğənnin adı və mahnının sözlərinin müəllifi gizli saxlanılır. Bircə o məlumdur ki, bu mahnılara da klip çəkiləcək. "Siz nə vaxt fars dilində mahnı ifa edəcəksiniz?" - sualına Cavid belə cavab verdi: "Mən azərbaycanlıyam. Hələ buranın vətəndaşlığını almasam, fars dilində oxumayacam. Düşünməsinlər ki, mən başqa ölkənin mədəniyyətinin reklamı ilə məşğul oluram. Sübut etdikdən sonra ki, azərbaycanlıyam, həm fars, həm də ərəb dilində ifa edəcəyəm. Ümumiyyətlə, Bakıda 15 ildir ki, yaşayıram".

Xəbər lenti

Xəbər lenti