Azərbaycan, Bakı, 29 iyun /müx.TrendLife Vüqar Vüqarlı/Azərbaycanın tanınmış bəstəkarı Gövhər Həsənzadə beş albom çıxarmağa hazırlaşır. Bu haqda TrendLife-a bəstəkarın özü məlumat verib.
Bundan başqa o, həmçinin bildirib ki, bəstəkar albomda bir mahnını özü ifa edəcək. "Ümidvaram ki, sentyabr ayında albom satışa çıxacaq, insanlar nəinki yazdığım mahnıları, həmçinin oxuduğum mahnıları da qiymətləndirəcəklər" - deyə bəstəkar qeyd etdi.