...

Di-ceylər Röya ilə çıxış edəcək

Cəmiyyət Materials 2 İyul 2007 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /müx. "TrendLife" Rəna Şirəliyeva/ "TrendLife"ın verdiyi məlumata görə, iyulun 7-də saat 19:00-da "Vespucci" klubunda "Summer Dance" adlı ilk rəqs şou proqramı keçiriləcək. Təşkilatçılar gələn qonaqlara keyfiyyətli musiqilər söz veriblər. Həmin gün saat 22:00-da isə Şıxovda yerləşən "1001 Gecə" dəniz istirahət mərkəzində daha bir tədbir keçiriləcək. Tədbir "Axe"ın təşkilatçılığı ilə "Bom Chicka Wah Waaaaaah" adlanır. Azərbaycanın tanınmış diceyləri sırasında olan Nemo, Rem, İslam, Azadstyle bu gecəni bəzəyəcəklər. Onlarla birlikdə gecədə xaricdən olan qonaqlar da iştirak edəcək: Qazaxıstandan dj Semen, Böyük Britaniyadan dj John Black. Bundan başqa gecədə elektron musiqiyə Röya da öz ifası ilə rəng qatacaq.

Xəbər lenti

Xəbər lenti