...

AMEA prezidenti: Eks-nazirin Milli Elmlər Akademiyasının üzvlüyündən çıxarılması qərarı siyasətdən uzaqdır

Cəmiyyət Materials 3 İyul 2007 16:04 (UTC +04:00)

Azərbaycan, Bak/ Trend müxbir S.Ağayeva/ Azərbaycanın eks-səhiyyə naziri, hazırda məhkum olan Əli İnsanovun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) üzvlüyündən çıxarılması qərarı kifayət qədər əsaslandırılıb və siyasətdən uzaqdır. Bunu çərşənbə axşamı AMEA prezidenti Mahmud Kərimov bəyan edib.

AMEA Rəyasət Heyətinin qərarı 2005-ci ilin oktyabrında eks-nazir dövlət çevrilişinə cəhd və kütləvi aksiyalara hazırlıq ittihamı ilə həbs olunduqdan sonra verilib. Bu il isə eks-nazirə qarşı korrupsiya ittihamı ilə yeni iş açılıb və 11 il müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarılıb. Hazırda İnsanovun işinə müttəhimin iddiası ilə Apellyasiya Məhkəməsində baxılır.

Keçmiş səhiyyə naziri Akademiyanın qərarının qeyri-qanuniliyi iddiası ilə məhkəməyə müraciət edib.

İşin baxılmasına iyunun 1-də başlanılsa da, sonra İnsanovun işi Apellyasiya Məhkəməsində yekunlaşana qədər təxirə salınıb.

AMEA prezidenti Rəyasət Heyətinin qərarını qanuni hesab edir. Onun sözlərinə görə, bu qərar Akademiyanın Nizamnaməsinə əsasən çıxarılıb. "İnsanov uzun müddət Akademiya ilə əlaqə saxlamayıb və öhdəliklərini yerinə yetirməyib. Buna görə də Akademiyadan çıxarılıb", - deyə Kərimov qeyd edib.

Xəbər lenti

Xəbər lenti