Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın boks üzrə gənclərdən ibarət yığması Budapeştdə sona çatmaqda olan Avropa birinciliyində ümumi komanda hesabında üçüncü yeri tutub.
Milli Federasiyadan Trend ə verilən məlumata görə, yarışın qalibi Şotlandiyadan olan Robert Raysı məğlub edən Elvin Məmmədzadə olub.
Yüksək mükafat uğrunda Rəşad Müslümov da mübarizə aparsa da, ukraynalı Vladimir Savenko ilə görüşdə o, qolunu sındırıb və ikinci yerə layiq görülüb.
Gümüş medallara həmçinin İlkin Ağayev, Rəşad Abdullayev layiq görülüblər. Elvin İsayev, Məlik Məmmədzadə və Fərid Ağayev isə bürünc medallara layiq görülüblər.