...

Qvatemalada BOK-un sessiyası öz işinə başladı

Cəmiyyət Materials 4 İyul 2007 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov / Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 119-cu sessiyası Qvatemalada öz işinə başlayıb. Sessiyada Olimpiada-2014-ün (qış) keçiriləcəyi şəhərin adı müəyyənləşdiriləcək.

sportcom.ru portalının verdiyi xəbərə görə, oyunların təşkilinə namizədlər Soçi, Zalsburq və Koreyanın Pxençxan şəhərləridir. Səsvermə sabah, yəni namizəd-şəhərlərin təqdimatından sonra keçiriləcək. İlkin olaraq Soçinin imkanları təqdim ediləcək. Ardınca Zalsburq və Pxençxanın nümayəndələri öz şəhərlərinin üstünlüklərini ortaya qoyacaq. Yalnız bundan sonra BOK üzvləri bilavasitə səsvermə proseduruna keçəcəklər. Elektron sistemi vasitəsilə keçiriləcək səsvermə qapalı olacaq. Birinci turda qalib gəlmək üçün namizədlərdən biri 50 faiz+1 səs yığmalıdır.

Xəbər lenti

Xəbər lenti