Azərbaycan, Bakı /müx. Trend K.Ramazanova/ Azərbaycan Turizm İnstitutu 2007/2008 tədris ilində tələbələrin qəbulunu artırmaq niyyətindədir. Bu barədə çərşənbə günü institutun rektoru Cəfər Cəfərov məlumat verib.
"Hazırda institutda 200 tələbə təhsil alır. Lakin biz gələn il onların sayını 300-dək artırmağı planlaşdırırıq" - deyə o qeyd edib.
Tələbələrin instituta qəbulunu Tələbələrin Qəbulu üzrə Dövlət Komissiyası həyata keçirir. Minimal keçid balı ötən il 304 idi. Bu il isə müvafiq göstəricinin 400-dək qalxacağı gözlənilir.
2007/2008 tədris ilindən institutun planlarına 5 yeni ixtisas salınacaq. Bunlar sanatoriyalarda və kurort yerlərində tibbi xidmətin təşkili, səhhət və kurort, mədəniyyət və incəsənət turizmi, linqvistika və idman turizmidir.