Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və onlarla birlikdə təqsirləndirilən digər 17 şəxsin məhkəməsi R.Əliyevin ifadəsi ilə davam edib.
Məhkəmə iclası başlayan kimi hakim Paşayev zamində olan və məhkəmə iclasına gecikən bir neçə təqsirləndirilən şəxsə xəbərdarlıq edib. Hak im bildirib ki, əgər onlar məhkəmə iclasına məsuliyyətsiz yanaşsalar və vaxtında gəlməsələr, müvafiq ölçü götürüləcək. Sonra R.Əliyev Binə Hava Limanında həbs olunmusı ilə bağlı epizoda dair ifadə verib. O saxlanılarkən üzərindən tapılan 30 min ABŞ dolları ilə bağlı bildirib ki, səfər xərclərini şirkət ödədikdən, üzərində heç vaxt nəğd pul gəzdirməyib. R.Əliyev həmçinin pulların üzərindən barmaq izlərinin götürülmədiyini də bildirib. O, həmin pulun gömrük işçilərinə məxsus olduğunu söyləyib.