...

Amnistiya aktı azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilmiş 6576 nəfərə şamil olunub

Cəmiyyət Materials 14 İyul 2007 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Sonuncu Amnistiya aktı azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilmiş 6576 nəfərə şamil olunub. Ədliyyə Nazirliyindən şənbə günü Trend ə verilən məlumata görə, Amnistiya tətbiq olunmuş bu şəxslər islah işləri, ictimai işlər, cərimə cəzasına məhkum olunanlar, şərti məhkum olunmuşlar və digər cəzalara məhkum olunanlardır. Amnistiyanın azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum olunmuş 6802 nəfərə tətbiqi nəzərdə tutulub. İndiyədək bu cəzadan azad edilənlər nəzərdə tutulanların 96,7 faizini təşkil edir.

İndiyədək azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılmısı cəzasına məhkum olunmuş 2800-dək məhkuma Amnistiya aktı tətbiq olunaraq azadlığa buraxılıb.

Sonuncu "Amnistiya haqqında" qanun 1995-ci ildən bəri verilən 8-ci Amnistiya aktıdır. Bundan əvvəl Amnistiya 2003-cü ilin mayında faşizm üzərində qələbənin 48-ci ildönümü münasibətilə imzalanmışdı.

14 min nəfərə şamil edilmiş həmin sənədə əsasən, 3400 məhkum azadlığa buraxılmış, 2200 məhkumun cəzası yüngülləşdirilmiş, azadlıqdan məhrum edilmə ilə bağlı olmayan 5400 adam cəzadan azad edilmiş, 2 min adama münasibətdə cinayət təqibinə xitam verilmişdi.

İndiyə qədər verilmiş 7 Amnistiya aktı 78 min nəfəri əhatə edib, o cümlədən 21 325 nəfər cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıb.

40-dan yuxarı Əfv fərmanı ilə 4378 şəxs bağışlanaraq müxtəlif cəzalardan azad edilibər.

Xəbər lenti

Xəbər lenti